AZ

Gəncə Sankt Peterburq aviareysi bərpa edildi FOTOLAR

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Təxminən 24 saat gecikmədən sonra Gəncə-Sankt-Peterburq aviareysi bərpa olunub.

Gununsesi.info xəbər verir ki, AZAL-a məxsus J2 5122 təyyarəsi Gəncə Hava Limanından qalxıb.

Məlumat üçün bildirək ki, təyyarənin göyərtəsində 150 sərnişin olub. Aviareys Rusiya hava məkanının bağlı olması səbəbindən gecikib.

Gəncədən Moskvanın Vnukova aeroportuna uçmalı olan AZAL-a məxsus J2 5830 avia reysi isə Gəncə Beynalxalq Hava Limanından uçmayıb.

***

Gəncədən Sankt-Peterburq şəhərinə uçmalı olan AZAL-a məxsus J2 5122 təyyarə reysi 22 saat, Gəncədən Moskvanın Vnukova aeroportuna uçmalı olan AZAL-a məxsus J2 5830 avia reysi isə 16 saatdır gecikir.

Gununsesi.info xəbər verir ki, buna səbəb Rusiyada hava məkanının bağlı olmasıdır.

Hər iki reyslə uçmalı olan təxminən 300 dən artıq sərnişin Gəncə Beynalxalq Hava Limanında gecələməli olub.

Sərnişinlərə reyslərin nə zaman reallaşacağı ilə bağlı tam məlumat verilmir.

***

Gəncədən Sankt-Peterburq şəhərinə avqustun 23-də saat 16:40-da uçmalı olan AZAL-a məxsus təyyarə reysi təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, sərnişinlərin bir çoxu Gəncə Beynalxalq Hava Limanında qalıb. Bundan başqa Gəncədən Moskavaya avqustun 24-də saat 03:05-də uçmalı olan təyyarə reysi də təxirə salınıb.

İlkin məlumata görə, buna səbəb Rusiyada hava məkanının bağlanmasıdır. Gəncə-Sankt-Peterburq reysinin nə zaman reallaşacağı ilə bağlı dəqiq xəbər yoxdur. Gəncə – Moskva reysinin isə avqustun 24-də saat 08:10 radələrində uçması gözlənilir.

Məlumat üçün bildirək ki, Gəncədən Sankt – Peterburqa 149, Moskvaya isə 156 sərnişinin yola düşəcəyi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
12
icma.az

10Mənbələr