Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Publika.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” “Sabah”ı qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
1-ci dəqiqədə qonaqlardan Coy Lens Mikels fərqlənib. 58-ci dəqiqədə Dioqo Balau tarazlığı bərpa edib. 76-cı dəqiqədə Coy Lens Mikels dubl müəllifi olub.
Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə bərabərə qalib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.