AZ

Azərbaycan güləşçiləri komanda hesabında dünya üçüncüsü olub - U20 Dünya Çempionatı

Bakı. TurkicWorld:

Bolqarıstanın Samokov şəhərində keçirilən U20 dünya çempionatına yekun vurulub.

TurkicWorld xəbər verir ki, Yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanaraq komanda hesabında 90 xal toplayıb və dünya üçüncüsü olub.

Millimiz həm medalların sayı, həm əyarı, həm toplanan xalları, həm də sıralamadakı mövqeyi baxımından son 3 ilin ən yaxşı nəticəsini göstərib.

Qeyd edək ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.

Seçilən
7
23
turkic.world

10Mənbələr