“İlkin analizləri toplayanda həkim bildirib ki bu, sepsis diaqnozudu. Yaranma səbəbi streptokok mənşəli bakteriyanın bədənə yayılmasıdır. Pasient ağıl dişini çəkdirib, o da badamcıq nahiyəsinə yaxın olub. Narkoz altında olduğu üçün bu bakteriya sürətlə qana keçib, özünü bildirib. Müalicə yüksək səviyyədə aparılır. Həkimlər əllərindən gələni edirlər. Analizlərin son nəticəsinə baxanda bu gün daha çox yaxşlığa doğru gedib. Bu o demək deyil ki, biz kritik vəziyyəti atlatmışıq. Bu diaqnozun ən kritik vaxtı 48 saat ərzində olur. İnşallah yaxşı olar. Bizim əlimizdən gələn dua etməkdir. Həkimlər də müalicəsini protokola uyğun aparırlar”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta