AZ

“Qarabağ” – “Ferentsvaroş” oyununu fransalı hakim İDARƏ EDƏCƏK

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferensvaroş” klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, UEFA görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib.

Matçı Kleman Turpin idarə edəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) - “Ferensvaroş” (Macarıstan)

Baş hakim: Kleman Turpin

Baş hakimin köməkçiləri: Nikolya Danos, Aleksis Auqer

Dördüncü hakim: Romen Lissorq

VAR: Jerom Brisar

AVAR: Nikolya Renvill

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, qarşılaşma avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. İlk səfər oyununda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Bizim.Media

Seçilən
103
50
bizim.media

10Mənbələr