AZ

Yasamalda evdən 10 min manat oğurlayanlar tutuldu


Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar.
“Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.
Seçilən
19
31
yeniavaz.com

10Mənbələr