AZ

Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarında top üçlükdə yer alıb

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Məhsullar “Mr.Fix” brendinə məxsus tikinti materiallarıdır.

Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir. Ənənəvi ticarət üsullarının zəiflədiyi bir dövrdə rəqəmsal bazarlara keçid cəmi bir aydan qısa müddətdə yerli məhsulu nəhəng bazarda lider mövqeyə yüksəldib.

“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanın tikinti məhsullarının dünyanın ən böyük bazarlarından birində top üçlükdə yer alması elektron ticarətin yaratdığı yeni reallıqdır: “Şirkətlər bu reallığı qəbul etməli və daha çox bu istiqamətə yönəlməlidir. Artıq məhsula sifariş sorğusu da daxil olub, müzakirələr aparılır. Bu, sadəcə başlanğıcdır və bənzər nümunələrin sayı artacaq. Bu uğuru fürsətə çevirmək üçün sahibkarlar “Azexport” portalı ilə daha yaxından əməkdaşlığa dəvət olunur”.

“Azexport.az” portalı sahibkarları təmənnasız təqdim olunan ixrac imkanlarından yararlanmağa çağırır və Azərbaycanın qeyri-neft ixracını yeni rəqəmsal bazarlarda daha da gücləndirməyə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
14
apa.az

10Mənbələr