AZ

Əvəzedicilər Liqası: 3-cü turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 3-cü turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

3-cü turun görüşləri avqustun 30-da və 31-də keçiriləcək.

Əvəzedicilər Liqası
3-cü tur

30 avqust

“Sumqayıt-2” – “Neftçi-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

“Sabah-2” – “Qarabağ-2”
“Masazır Arena” (ehtiyat meydança), 17:00.

“Şamaxı-2” – “Qəbələ-2”
Şamaxı şəhər stadionu, 17:00.

31 avqust

“Zirə-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 17:00.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 17:00.

Seçilən
27
4
arena.az

6Mənbələr