Samux rayonu, Qədili kəndində açıq ərazidə qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.