Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində
6. Birinci Göl kənarı küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.