AZ

“Qarabağ”ın uğuru sayəsində Azərbaycan UEFA reytinqində İRƏLİLƏDİ

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Azərbaycana UEFA reytinqində əlavə xallar gətirib.

Bizim.Media xəbər verir ki, “Qarabağ” “Ferensvaroş”a pley-off mərhələsinin cavab oyununda (2:3, ilk görüş - 3:1) məğlub olmasına baxmayaraq, turnirin əsas mərhələsinə düşməklə ölkə aktivinə əlavə 1500 xal əlavə edib.

Beləliklə, Azərbaycanın 21 000 xalı var və bu nəticə ilə ölkəmiz reytinqdə iki pillə yüksələrək Sloveniya (20 468) və Ukraynanı (19 850) qabaqlayaraq 28-ci yerdən 26-cı yerə yüksəlib.

Slovakiya isə bir pillə yuxarıdır (21,375). Xatırladaq ki, Azərbaycan Avropa mövsümünə 17,125 xalla başlayıb.

Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr