AZ

Sabirabad sakini özünü güllələyib, 87 yaşlı anası xəsarət alıb

Sabirabad sakini özünü güllələyərək öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu özünü güllələyərkən qəlpələr anası Nizami kənd sakini, 1938-ci il təvəllüdlü Hüseynova Səbiyyə Astan qızına dəyib.

Səbiyyə Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
15
apa.az

10Mənbələr