Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Offsideplus.az xəbər verir ki, tədbir Monakoda Bakı vaxtı ilə saat 20:00-da təşkil olunacaq. 2025-2026 mövsümündə ÇL-də ölkəmizi təmsil edəcək "Qarabağ"ın da rəqibləri bu gün məlum olacaq. 

Evdə: "Çelsi",

Səfərdə: "Liverpul",

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq 36 komanda dörd səbətə bölünüb. Püşkatma UEFA.com saytında və Çempionlar Liqası tətbiqində canlı yayımlanacaq.

Qeyd edək ki, Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək, son turun görüşləri 2026-cı il yanvarın 28-də oynanılacaq.