Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, tədbir Monakoda Bakı vaxtı ilə saat 20:00-da təşkil olunub. 2025-2026 mövsümündə ÇL-də ölkəmizi təmsil edəcək "Qarabağ"ın da rəqibləri bu gün məlum olub:

Evdə: "Çelsi", "Ayntraxt", "Ayaks", "Kopenhagen"

Səfərdə: "Liverpul", "Benfika", "Napoli", "Atletik"

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq 36 komanda dörd səbətə bölünüb. Püşkatma UEFA.com saytında və Çempionlar Liqası tətbiqində canlı yayımlanacaq.

Qeyd edək ki, Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 16-18-də keçiriləcək, son turun görüşləri 2026-cı il yanvarın 28-də oynanılacaq.