Bu gün səhər saatlarında Şəki “ASAN Xidmət”də bədbəxt hadisə baş verib.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, 4 yaşlı Mələk Nicat qızı Həbibova Şəki “ASAN Xidmət” mərkəzinin ikinci mərtəbəsindən yıxılıb.
Azyaşlı dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.