Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Əl-Nəsr”in 40 yaşlı forvardı və kapitanı Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının ilk turunun “Əl-Taavun”la səfər görüşündə karyerasında 940-cı qolunu vurub.
Axar.az xəbər verir ki, ulduz futbolçu 54-cü dəqiqədə 11 metrlik zərbəni qola çevirib. Qarşılaşma Ronaldonun klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Məşhur futbolçu karyerası ərzində klub səviyyəsində 802, Portuqaliya millisində isə 138 qol vurub.
Qeyd edək ki, portuqaliyalı futbolçunun “Əl-Nəsr”lə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.