AZ

Liqanın final oyunları ilə bağlı yeni qərar qəbul edildi

UEFA Çempionlar Liqasının final oyunları ilə bağlı yeni qərar qəbul edib.

Sportinfo.az xəbər verir ki, bu mövsümdən etibarən final qarşılaşmaları əvvəlkindən 3 saat daha tez start götürəcək.

UEFA 2025/26 mövsümündən etibarən turnirin həlledici matçlarının Mərkəzi Avropa vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacağını açıqlayıb.

“Ailələr və uşaqların oyuna daha rahat baxması, yeniyetmələrin matç öncəsi tədbirlərdə iştirak edə bilməsi və ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması üçün bu addımı atdıq”, - qurumun məlumatında deyilir.

2026-cı ildə UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puskas Arena”da keçiriləcək.

Seçilən
168
49
sportinfo.az

10Mənbələr