AZ

Qardaş qardaşı bıçaqladı - Ailə FACİƏSİ

Cəlilabadda qardaşlar arasında yaranan mübahisə qanla bitib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

    Kənd sakinləri Əsgər və Nurlan Əsgərov qardaşları arasında mübahisə yaranıb. Bu zaman Əsgər Əsgərov bıçağa əl atıb və qardaşı 1979-cu il təvəllüdlü Nurlan Əsgərova iki bıçaq zərbəsi endirib.

    Xəsarəta alan N. Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

    Məlumata görə, qardaşlar arasında tez-tez mübahisə baş verirmiş.

    Faktla bağlı araşdırma aparılır.

    Seçilən
    50
    5
    manset.az

    10Mənbələr