AZ

Bu tarixdə güclü maqnit qasırğası gözlənilir

Alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar sentyabrın 2-də Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasının teleqram kanalında bildirilib.

Plazma buludunun atılması Günəşdə M2.76 səviyyəsinin alovlanması nəticəsində baş verib.

"Günəş materiyası çərşənbə axşamı, sentyabrın 2-də Yerin orbitinə çıxaraq G2-G4 səviyyəli (beş indikator miqyasında – red.) maqnit qasırğalarına səbəb olacaq", - məlumatda deyilir.

Alimlər qeyd edirlər ki, ən böyük təhlükə, çox güman ki, günəş alovu enerjisinin ümumi ehtiyatlarının yüksək qiymətləndirilməsi nəzərə alınmaqla təkrarlanan plazma emissiyalarıdır.

Seçilən
48
46
azreform.info

10Mənbələr