Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş ŞƏT-in sammitinə gəlmiş nümayəndə heyətlərinin rəhbərlərinin, habelə Çin lideri Si Szinpinin dəvət etdiyi qonaqların şərəfinə verilən ziyafət başa çatdıqdan sonra baş tutub.