AZ

Ağdamda qəza: 4 nəfər xəsarət aldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı elektrik dirəyinə dəyib. Elektrik dirəyini qıran avtomobil daha sonra yolun kənarındakı beton hasara çırpılaraq, yolda hərəkətdə olan "KIA" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində "Toyota" da olan sürücü və 3 sərnişini xəsarət alıb.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Seçilən
111
5
oxu.az

10Mənbələr