AZ

"Qarabağ"ın futbolçuları Musa Qurbanlı və Bədavi Hüseynov qadın hakimlə görüşmədilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ" FK-nın futbolçuları qadın hakimlə görüşdən imtina ediblər.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın futbolçuları Musa Qurbanlı və Bədavi Hüseynov bu gün "Karvan"la oyunda qadın hakim əlini uzatsa da, onunla görüşməkdən imtina ediblər.
Futbolçuların bu davranışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ" Şamaxıda "Karvan-Yevlax"ın qonağı olub və 2:0 hesablı qələbə qazanıb.
Seçilən
148
50
oxu.az

10Mənbələr