AZ

Juninyo “Qarabağ”da

Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək hüququ qazanan "Qarabağ" hücumçu transferini bitirib.

Publika.az xəbər verir ki, Ağdam klubu Olavio Juninyonu geri qaytarıb.

29 yaşlı forvard yenidən "Qarabağ"ın formasını geyinəcək. Onun keçidi yaxın saatlarda açıqlanacaq.

2023-cü ilin yayından "köhlən atlar"ın formasını geyinən braziliyalı forvard meydana çıxdığı 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib.

Juninyo "Qarabağ"la ölkə çempionu və kubokunun qalibi olub.

Seçilən
25
25
publika.az

10Mənbələr