ain.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərənin Liverpul şəhərində 11 gün davam edəcək yarışda Azərbaycanın kişi boksçulardan ibarət komandası tam heyətlə çıxış edəcək.
Baş məşqçi Ravşan Xocayev, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayev dünya çempionatında Sübhan Mamedov (50 kq), Nicat Hüseynov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov (75 kq), Murad Allahverdiyev (80 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qadınların mübarizəsində isə ölkəmiz 1 boksçu ilə təmsil olunacaq. Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Aynur Mikayılova (57 kq) rinqə çıxacaq.
Bu gün Liverpula yollanan Azərbaycan millisi sentyabrın 15-də Bakıya qayıdacaq.
“World Boxing”in təşkilatçılığı ilə keçiriləcək ilk dünya çempionatının püşkü sentyabrın 3-də atılacaq. Ayın 4-də başlayacaq yarışda 60-dan çox ölkədən 500-dək boksçunun iştirakı gözlənilir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.