1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Reykyavik şəhərinə yola düşüb.
Oxu.Az xəbər verir ki, yığma saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.
Komanda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 22:30-da matçın baş tutacağı "Lauqardalsvollur" stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 5-də keçiriləcək İslandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.












