Olaylar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +28 dərəcədən +31 dərəcəyədə olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +18 dərəcədən +23 dərəcəyədək, gündüz +32 dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq.