AZ

Mesajlar 1 saat ərzində də silinəcək Vatsapda yenilik

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vatsap yox olan mesajlar üçün yenilik təqdim etməyə hazırlaşır.Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, yeni funksiyada mövcud ən qısa 24 saatlıq müddətə əlavə olaraq 1 saat və 12 saat kimi daha qısa seçimlər əlavə ediləcək.Yeni 1 saatlıq seçim həssas məlumatların paylaşılması kimi hallar üçün nəzərdə tutulsa da, önəmli mənfi cəhəti də var.Belə ki, geri sayım, mesaj alıcı tərəfindən oxunduğu anda deyil, göndərildiyi anda başlayacaq. Bu isə mesajın oxunmadan silinməsi riskini yaradır.Vatsap bu riski azaltmaq üçün hər dəfə 1 saatlıq seçimi işarələdikdə bu barədə xəbərdar edəcək.12 saatlıq digər yeni seçim isə tədbir planlaşdırma kimi hallar üçün məxfilik və rahatlıq arasında  daha yaxşı balans təmin edəcək. (Qafqazinfo.az)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
17
bizim.media

10Mənbələr