Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, radionun fəaliyyətində fasilə yaranmasın deyə, Azərbaycan Televiziyasının (AzTv) binasında əməkdaşlar işlərini davam etdirəcəklər.
AzTv-nin Mətbuat xidməti faktı Apa-ya təsdiqləyib.
Mətbuat xidmətindən verilən məlumata görə, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:
"Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki, məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər".