AZ

İki yeniyetmə su kanalında boğulub

İki

Biləsuvar rayonunda yeniyetmə su kanalında boğulub.

Reyting.az
-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.

Kənd sakini, 17 yaşlı Quluzadə İqbal İlqar oğlu Cənub Muğan kanalının üzərindən keçən zaman körpüdən kanala düşərək boğulub.

Yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər boğulma hadisəsi Masallı rayonunda qeydə alınıb. Sirəbil kəndində yaşayan 2008-ci il təvəllüdlü Nəhmətov Ziyafət Şaiq oğlu ehtiyatsızlıqdan atdan su hövzəsinə yıxılaraq boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

V. QULİYEV
Seçilən
22
2
reyting.az

10Mənbələr