AZ

Prezidentin geri çağırdığı səfir kimdir? - DOSYE

BAKI, 4 sentyabr. TELEQRAF

Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Teleqraf Hüseyn Hüseynovun dosyesini təqdim edir:

H.Hüseynov 2021-ci ildə Bolqarıstana səfir təyin olunub.

Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə başa vurub. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

1999-2000-ci illərdə təhsil naziri yanında Azərbaycan Respublikası Tələbə şurasının sədr müavini olub. 2001-ci ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinə işə qəbul olunub və 2001-2005-ci illərdə adı çəkilən idarədə, həmçinin 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyində, 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində, 2011-2015-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

2015-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini, 2019-2021-ci illərdə adı çəkilən idarənin rəisi vəzifələrində çalışıb.

Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Leyla Yaşar qızı Abdullayeva 2022-ci ilin oktyabrında Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Cütlüyün iki övladı var.

Seçilən
113
6
teleqraf.com

10Mənbələr