AZ

Sabah ilin son Ay tutulması olacaq


Sentyabrın 7-də bu ilin ikinci və son Ay tutulması olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Məlumata görə, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır.
Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq.
Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam edəcək.
Azərbaycanda da müşahidə olunacaq tutulma ümümilikdə 5 saatdan artıq bir vaxt bölümünü əhatə etsə də, yalnız tam ay tutulmsında müşahidə olunan “Qanlı Ay”ı  saat 21:30 – 22:52 aralığında izləmək mümkün olacaq. Tam tutulma zamanı Yerin atmosferindən keçən qırmızı dalğa uzunluqlu şüalar Ayın səthinə çatdığından o qırmızımtıl çalarda görünəcək. Bu hal həmçinin Günəş üfüqdə olanda da baş verdiyi üçün sübh və qürub çağı qırmızıltıl çalarlarda olur.
Qeyd edilib ki, sentyabrın 21-i isə 2025-ci ilin son tutulma hadisəsi baş verəcək. Bu tutulma qismən Günəş tutulmasıdır və Azərbaycandan müşahidə olunmayacaq.
Seçilən
7
16
yeniavaz.com

10Mənbələr