AZ

Bu gün 7 oyun keçiriləcək - DÇ-2026

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. 


Manset.az xəbər verir ki, dörd qrupda ümumilikdə 7 görüş baş tutacaq.  

Bütün matçlar eyni vaxtda başlayacaq. 

B qrupunda 2-ci turun oyunları keçiriləcək ki, Kosovo İsveçi, İsveçrə isə Sloveniyanı qəbul edəcək.

C qrupunda isə 2-ci tur çərçivəsində Belarus – Şotlandiya və Yunanıstan – Danimarka görüşləri baş tutacaq. 

İ qrupunun yeganə qarşılaşmasında İtaliya səfərdə İsrail ilə üz-üzə gələcək.

Nəhayət, L qrupunda 5-ci tur çərçivəsində Xorvatiya Monteneqronu, Cəbəllüttariq isə Farer adalarını qonaq edəcək. 

Qeyd edək ki, ötən həftə ilk sınağında səfərdə İslandiyaya böyük hesabla (0:5) uduzan Azərbaycan millisi qrupda növbəti oyununu sabah - 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək. 

DÇ-2026, seçmə mərhələ
8 sentyabr

B qrupu

22:45. Kosovo – İsveç 
22:45. İsveçrə - Sloveniya 

Xal durumu: İsveçrə - 3, İsveç - 1, Sloveniya - 1, Kosovo - 0.

C qrupu 

22:45. Belarus – Şotlandiya 
22:45. Yunanıstan – Danimarka 

Xal durumu: Yunanıstan - 3, Yunanıstan - 1, Danimarka - 1, Belarus - 0.

İ qrupu

22:45. İsrail – İtaliya 

Xal durumu: Norveç - 12, İsrail - 9, İtaliya - 6, Estoniya - 3, Moldova - 0.

L qrupu

22:45. Xorvatiya – Monteneqro
22:45. Cəbəllüttariq - Farer adaları 

Xal durumu: Çexiya - 12, Xorvatiya - 9, Monteneqro - 6, Farer adaları - 3, Cəbəllüttariq - 0.

Seçilən
11
14
manset.az

10Mənbələr