
Laçında traktor dərəyə aşıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Laçın rayonu, Soyuqbulaq kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
“Məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "XCMG" markalı traktor dərəyə aşıb, 1 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.