AZ

Rezidenturaya qeydiyyat prosesi başlayır

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. Reyting.az Elm və təhsil Nazirliyinə istinadla xəbər verir ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
25
reyting.az

10Mənbələr