AZ

1988-1989-cu illərdə Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Şahbuzda, Qazaxda və digər ərazilərdə azərbaycanlılara qarşı cinayətlər törədilməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunur

Bakı. Trend:

Sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində məhkəmə prosesisənədlərin tədqiqi ilə davam etdirilib.

Trend-inxəbərinə görə, bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrətədqiq olunacaq.

Elan olunan sənədlərdən biri 1988-ci il fevralın 22-dəazərbaycanlılara məxsus “QAZ-21” markalı dövlət dövlət qeydiyyatnişanlı avtomobilin atəşə tutulması faktı üzrə olub. Bildirilib ki,həmin vaxt avtomobildə L.F.Mamedov, A.M.Abdullayev, A.M.Xudiyev,Ş.B.Salmanova və onun az yaşlı övladı olub.

Növbəti sənədlər Sarkisyan Armen Qriqoryeviçin odlu silah vəpartlayıcı qurğu əldə edərək saxlaması, Saiyan Artur Aşotoviçinpartlayıcı maddələri əldə etməsi və saxlaması, Şuşa və Xankəndişəhərində baş vermiş kütləvi iğtişaş faktları üzrə olub.Zərərçəkmiş şəxs qismində dindirilmiş Abbasova Zenfira Babur qızıifadəsində göstərib ki, 2 oğlu ilə birlikdə Xankəndi şəhərindəyaşayıb. 1988-ci ildə onlar hər gün ermənilərin hədələrinə məruzqalıb. “Rədd olsun Azərbaycan, yaşasın erməni xalqı” şüarlarısəsləndirərək, onların evlərini yandırmaqla hədələyib çıxıbgetmələrini bildiririblər. Onun yaşadığı binada yaşayan AyrapetyanSlavik bir neçə dəfə onu təhdid, təhqir edib, yaşadığı ərazidənçıxıb getmələrini istəyib. 1988-ci il sentyabrın 18-də yaşadığı evdağıdılıb.

Elan olunan növbəti sənədlər 1988-ci il sentyabrın 18-19-daŞuşa, Xankəndi və Xocalıda kütləvi iğtişaşlar törədilməsi faktıüzrə olub.

Əlavə sənədlər Xankəndi şəhərində azərbaycanlı sakinlərinyaşadığı evlərin, mənzillərin yandırılması və digər faktlar,1988-ci il sentyabrın 21-dən oktyabrın 21-dək Xankəndi şəhərindəevlərin yandırılması və talanması, 1988-ci il noyabrın 22-də Şərurrayon sakinlərinin xəsarət alması, Sədərək rayonuna silahlı basqınedilməsi nəticəsində 3 nəfərin xəsarət alması, Şərur rayon Suqovşağı istismarı idarəsinin yandırılması faktları, XankəndiPedaqoji İnstitunun 3-cü kurs tələbəsi Danelyan Norayla Eduardoviçbarəsində cinayət işi, həmçinin 1989-cu il yanvarın 10-da QurbanovƏləkbər Paşa oğlunun öldürülməsi, Xankəndi şəhər sakini ƏsədovaOfeliya Yusif qızının yaşadığı mənzilindən qovulması, avtomobilkarvanının Ağdərə ərazisində saxlanılaraq azərbaycanlılara xəsarətyetirilməsi və digər faktlar, Xankəndi şəhərində ictimai qaydanınkobud şəkildə pozmaqla avtomobillərə zərər vurulması, Qazaxrayonunun Barxudarlı kəndinin atəşə tutulması, 1989-cu il avqustun10-da Şahbuz rayonunda obalara basın edilməsi, Şərur rayonununGünnüt kəndində torpaq yolda partlayıcı maddə basdırılması və digərfaktlarla bağlı olub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
22
33
az.trend.az

10Mənbələr