Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.
“İki sahil” xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.
Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
9 sentyabr
DÇ-2026, seçmə mərhələ
D qrupu
20:00. Azərbaycan - Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu