Hikmət Hacıyev ABŞ-da SƏFƏRDƏDİR
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyindən məlumat verilib. Görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Amerika lideri Donald Tramp arasında avqustun 8-də Vaşinqtonda keçirilən sammitin strateji əhəmiyyəti, onun Azərbaycan-Amerika münasibətləri və regional sülh üçün müsbət nəticələri vurğulanıb. Azərbaycan Prezidentinin köməkçisi 907-ci maddənin ləğvinin vacibliyini vurğulayıb və parlamentariləri Azərbaycana səfərə dəvət edib. Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan AĞ Evin rəhbəri Donald Trampın vasitəçiliyi ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıb, sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişi paraflayıblar.