"Neftçi” futbolçusu Ramil Şeydayevlə yolları ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2024-cü ilin yayında transfer olunmuş Şeydayev “Neftçi”nin heyətində 31 rəsmi oyun keçirib, 4 qol vurub.