AZ

Sabah Ordubadın bəzi yerlərində İŞIQ OLMAYACAQ

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

Sentyabrın 12-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq olunacaq.Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan RETSİ məlumat yayıb.Bildirilib ki, 110 kV-luq hava elektrik verilişi xəttinin çəkilişi ilə əlaqədar 35 kV-luq Parağaçay hava elektrik verilişi xətti sifarişə əsasən açılacaq.Bu səbəbdən 09:30-dan 10:30-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver, Qoruqlar, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
7
bizim.media

10Mənbələr