AZ

Tramp Kirki qətlə yetirən şəxsin saxlanıldığını açıqladı – VİDEO

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalının efirində bildirib.

Trampın sözlərinə görə, şübhəlini yaxın tanışı ələ verib. Ağ Ev rəhbəri Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini bildirib.
 

Xatırladaq ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk dünən Yuta Universitetində çıxışı zamanı güllələnib. Snayperlə boynundan güllələnən Kirk xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


Hadisə yerinin yaxınlığında meşəlik ərazidə tüfəng aşkarlanmışdı və silahın atışmada istifadə edildiyi ehtimal edilirdi.


Bizim.Media

Seçilən
24
44
bizim.media

10Mənbələr