AZ

"TuranBank" Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində saziş imzalayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan "TuranBank" ilə İslam İnkişaf Bankı qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb.
Sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur.
Qeyd edək ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və "TuranBank"ın İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.
Məlumat üçün qeyd edək ki, "TuranBank" ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar tərəfdaşlığın göstəricisidir.
"TuranBank" haqqında
"TuranBank" ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən "TuranBank", 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir.
Ətraflı məlumat üçün: www.turanbank.az
ICD haqqında
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir. ICD aşağıdakı beynəlxalq reytinqlərə malikdir:
"Moody"s" - A2; "S&P" - A-; "Fitch" - A+.
Əlaqə üçün:
Kommunikasiya və Korporativ Marketinq Departamentinin rəhbəri Nabil El-Alami;
Veb-sayt: www.icd-ps.org
"TuranBank"
Bizimlə etibarlıdır...
Seçilən
15
15
oxu.az

10Mənbələr