AZ

BMT Baş Assambleyası Fələstin-İsrail münaqişəsi ilə bağlı bəyannaməni təsdiqləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin-İsrail münaqişəsinin ikidövlətli həlli istiqamətində konkret, zamana bağlı və geridönməz addımları əks etdirən bəyannaməni səs çoxluğu ilə təsdiqləyib.

"Report" "Al-Arabiya"ya istinadən xəbər verir ki, 142 ölkə bəyannamənin lehinə, 10 ölkə əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb.

Sənəddə, həmçinin İsrailin Qəzza zolağındakı fəaliyyətləri və HƏMAS-ın 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlar pislənilir.

Qeyd olunur ki, yeddi səhifəlik bəyannamə Səudiyyə Ərəbistanı və Fransanın təşkilatçılığı ilə ötən ilin iyul ayında BMT-də keçirilən beynəlxalq konfransın nəticəsidir.

Seçilən
8
16
qaziler.az

10Mənbələr