AZ

Xocasəndə avtobus qəzaya düşdü: xeyli yaralı var

Bakıda 170 nömrəli avtobus qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə məlumat verən Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib ki, Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 9 nəfər (7-si kişi, 2-si qadın cinsli olmaqla) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif dərəcəli yaralanmaları, sınıq və çıxıq diaqnozları qoyulub.

Zəruri tibbi yardım göstərildikdən sonra yaralıların instrumental-diaqnostik müayinələri aparılıb.

Hazırda hər birinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Seçilən
0
11
axar.az

10Mənbələr