Bu gün Premyer Liqanın 4-cü turu çərçivəsində “Sumqayıt”a 1:0 hesabıyla qalib gəlmiş “İmişli” texniki məğlubiyyət alacaq.
Operativ Media xəbər verir ki, buna əyalət klubunun adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxması səbəb olub.
PFL-dən də bu məlumatı təsdiqləyiblər. AFFA İntizam Komitəsinin növbəti iclasında bu məsələyə dair qərarın rəsmən açıqlanması gözlənilir.