"Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 4 səfər oyununu İctimai Televiziya yayımlayacaq.
Offsideplus.az xəbər verir ki, İTV “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan CBC Sport telekanalı ilə razılıq əldə edib.
Anlaşmaya əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.
Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.
Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək "Benfika" - "Qarabağ" görüşü olacaq.