Beyləqanda ağır yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az