AZ

Ermənistan vətəndaşlarının məhkəməsində Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Bakı. Trend:

Sentyabrın 15-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikasıvətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesisənədlərin elan olunması ilə davam etdirilir.

Trend xəbərverir ki, elan olunan sənədlərdən biri 1988-1991-ci illərdəXankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləviiğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinindağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələriilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmişSarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci ilsentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləridağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindənqovulublar.

Sənədə görə, G.Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin,Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları,Qrişa, Maksim olub.

Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov ŞahverdiBəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraqKərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlarolub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıqedib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş XaçaturyanAleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi,Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin vəazərbaycanlıların aralarında düşmən münasibət yaratmağabaşlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək,azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevralayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılarazərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbipaltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşıtədbirlər hazırlayıb.

Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsindəgöstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğluermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci iliyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər.Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmmədoğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslərermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həminhadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, SəfərovAğəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-dəKərkicahana növbəti hücum olub. Həmin vaxt Hüseynov Aslan Mərdanoğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da erməniləravtomat silahdan atəş açıb Kərkicahan sakini Həsənov Telman Yelmaroğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllimAbuzərova Bənövşə Abduləzim qızını, habelə Tarverdiyev Əfqan Novruoğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, Salahov Nurəddin Musaoğlunu və başqalarını yaralayıblar. Salahova Şəkər Sada qızının isəBalasanyan Qədir Aşot oğlu tərəfindən yaralanmasını şəxsən görüb.Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər.1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq Əliyev İlhamBahadur oğlunu qətlə yetiriblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
6
49
az.trend.az

10Mənbələr