Xalq artisti Hacı Murad Yengizarovun nəşi sabah Azərbaycana gətiriləcək.Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, xalq artistinin nəşi Azərbaycan dövlətinin dəstəyi ilə sabah – 16 sentyabr 2025-ci il tarixində Vətənə gətiriləcək.
Onun cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.
Hacı Murad Yengizarov sentyabrın 13-də uzun sürən xəstəlikdən sonra Almaniyada vəfat edib.