AZ

Mərkəzi Bank iki kredit ittifaqı təşkilatına icrası məcburi göstəriş verdi

BAKI, 16 sentyabr. TELEQRAF

Mərkəzi Bank iki kredit ittifaqı təşkilatına- “İşgüzar-Kredit İttifaqı” MMC və “Total Finans Kredit ittifaqı” MMC-yə icarsı məcburi göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Belə ki, hər iki təşkilat 2024-cü ilin kənar auditor tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etmədiyindən “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinin tələbi təmin edilməyib.

“Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, “İşgüzar-Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə və “Total Finans Kredit ittifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2024-cü ilin maliyyə hesabatlarının kənar auditor tərəfindən yoxlanılması və təsdiqedici sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Mərkəzi Bankına rəsmi məlumat verilməsi tələb olunub.

Seçilən
1
26
teleqraf.com

10Mənbələr