AZ

Dəhşətli qətlin təfərrüatı: Arvadının başını kəsdi...

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıt şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istiandən xəbər verir ki, hadisə şəhərin Kimyaçılar qəsəbəsi, Cənub küçəsindəki nömrəsiz evdə baş verib.

1987-ci il təvəllüdlü İlkin Atakişiyev yaşadığı evə gələrək həyat yoldaşı, 1989-cu il təvəllüdlü Yeganə Atakişiyeva ilə mübahisə edib.

Mübahisə nəticəsində İ.Atakişiyev əvvəlcə həyat yoldaşını döyüb. O, daha sonra mətbəx bıçağı ilə Y.Atakişiyevanın başını kəsib. Həyat yoldaşını qətlə yetirən İ.Atakişiyev daha sonra özünün boğazını kəsərək intihar edib.

Məlumata görə, hadisə ailənin 10 yaşlı övladının gözləri qarşısında törədilib.

İ.Atakişiyev yaşadığı evin həyətyanı sahəsində donuzçuluq təsərrüfatı ilə məşğul olurmuş. Həyat yoldaşı ilə birlikdə həmin təsərrüfatda işləməklə ailəsini dolandırırmış.

İlkin ehtimala görə, İ.Atakişiyev hadisəni törədərkən içkili vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
12
axar.az

10Mənbələr